Məğlubiyyət və... azərbaycanlı azarkeşlərin alqışları
03.06.2009 - 01:57
Məğlubiyyət və... azərbaycanlı azarkeşlərin alqışları
Beynəlxalq yoldaşlıq görüşündə Türkiyə yığmasına uduzmasına baxmayaraq, azarkeşlər Azərbaycan milli komandasını alqışlayıblar. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, oyundan sonra yığmamızı stadiondan otelə gətirən avtobusu mehmanxanın qabağında 100-ə yaxın fanat qarşılayıb. Onlar futbolçularımızı alqışlayıb və onlara mənəvi dəstək olublar.

Otelin qarşısına toplaşan azarkeşlər “Azercell” şirkətinin xüsusi olaraq, Türkiyə - Azərbaycan matçı üçün Kayseriyə apardığı fanatlar olub.

Qeyd edək ki, milli komandamız dünən Kayserinin “Kadir Has” stadionunda keçirilən yoldaşlıq matçında Türkiyəyə 0:2 hesabı ilə uduzub. Berti Foqtsun yetirmələri bu gün səhər çarter reysi ilə Vətənə dönürlər.
0