“Türkiyə yığmasına qalib gəlmək qeyri-mümkündür”
03.06.2009 - 02:14
“Türkiyə yığmasına qalib gəlmək qeyri-mümkündür”
“Təbii ki, oyuna yaxşı nəticə qazanmaq üçün çıxmışdıq. Amma Türkiyə komandasını məölub etmək çətindir. Nəinki çətin, hətta qeyri-mümkündür”. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vladimir Levin deyib.

Gənc müdafiəçi Türkiyə ilə “Kadir Has” stadionunda keçirilən yoldaşlıq görüşü (0:2) barədə qısa və konkret danışıb. O, nəticənin ədalətli olduğunu bildirib: “Hər şey gözlənildiyi kimi oldu. Nəticəni ədalətli sayıram”.

Qeyd edək ki, Türkiyəyə qarşı matç Levinin milli komandamızdakı ikinci oyunu kimi tarixə düşüb.
0