Rövnəq Abdullayev yığma üzvləri ilə görüşüb
03.06.2009 - 09:37
Rövnəq Abdullayev yığma üzvləri ilə görüşüb
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının futbolçuları ilə görüşüb. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentindən apasport.az saytına verilən məlumata görə, qurumun başçısının futbolçularla görüşü iyunun 2-də Kayseri şəhərindəki “Kadir Has” stadionunda Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatdıqdan sonra baş tutub. Abdullayev komandanın baş məşqçisi Berti Foqts və futbolçularla söhbətində öz tövsiyələrini bildirib, millimizə dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da Uels yığması ilə keçirəcəyi oyunda uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan yığması Türkiyəyə 0:2 hesabı ilə məğlub olub.
0