Almaniya yığması Bakıya darmadağınla gəlir
03.06.2009 - 09:42
Almaniya yığması Bakıya darmadağınla gəlir
Almaniya milli komandası Bakıya darmadağınla gəlir. Apasport.az saytının məlumatına görə, Yoahim Lövün çalışdırdığı yığma Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisi ilə Dubayda keçirilən yoldaşlıq görüşündə böyük hesablı qələbə qazanıb – 7:2. Bu qələbədə “Ştutqart” klubunda çıxışı ilə tanınan, yeni mövsümdən isə “Bavariya”da oynayacaq Mario Qomesin böyük rolu olub. Belə ki, əslən braziliyalı olan hücumçu oyunun 35, 45, 47 və 90-cı dəqiqələrdə vurduğu qollarla poker edib. Almaniyadan digər qolların müəllifləri Hayko Vestermann (29-cu dəqiqə) ilə Pyotr Troxovski (39-cu dəqiqə) olub. 52-ci dəqiqədə rəqib futbolçu Yumanın avtoqolu da almanlara kömək olub.

Qeyd edək ki, 2010-cu il dünya çempionatının seçmə mərhələsində növbəti rəsmi oyununu avqustun 12-də Bakıda milli komandamıza qarşı keçirəcək bundestim hazırlıq çərçivəsində Asiyada səfərdə olub. Lövün yetirmələri BƏƏ ilə görüşədək Şanxayda Çin yığması ilə 1:1 hesablı heç-heçə edib. Milli komandamız isə BƏƏ ilə tarixində cəmi bir dəfə görüşüb ki, 2003-cü il dekabrında Dubayda keçirilən həmin yoxlama oyunu 3:3 hesabı ilə nəticələnib.
0