Meydan qovulan Rəşad Sadıqov yığmamızın ən yaxşı oyunçusu seçilib
03.06.2009 - 10:29
Meydan qovulan Rəşad Sadıqov yığmamızın ən yaxşı oyunçusu seçilib
Azərbaycan milli komandasının Türkiyə ilə dünən keçirdiyi yoldaşlıq görüşündə ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yerli jurnalistlər meydana çıxan futbolçuların oyununu qiymətləndirib. Qarşılaşmanı 2:0 hesablı qələbə ilə başa vuran meydan sahiblərinin heyətində 4 futbolçu daha yüksək qiymətə layiq görülüb. Volkan, Gökhan, İbrahim və Xəlil komanda yoldaşlarından üstün oyun göstərib. Onlar türk mətbuatından 7 qiyməti alıb.

Millimizin ən yaxşı oyunçuları isə rəqibin yalnız ən yaxşı 4 üzvündən geri qalaraq, 6-ya layiq görülüb. Həmkarlarımız cəmi 51 dəqiqə meydanda olduqdan sonra qırmızı vərəqə alaraq meydandan qovulan Rəşad Sadıqovun ustalığını belə yüksək qiymətləndirib. Kapitanla yanaşı, daha bir təcrübəli futbolçumuz Samir Abbasov da “6” alıb.

Türkiyə - Azərbaycan oyununun qiymətləndirməsi

Türkiyə:
Volkan Dəmirəl - 7, Ceyhun Gülselam – 6 (Yusuf Şimşək, 58 - 6), Mehmet Topal - 6, Gökhan Könül - 7, İbrahim Üzülməz – 7 (Caner Erkin, 78 - 3), Eren Güngör - 5, Nihat Kahveçi - 5 (Xəlil Altıntop, 46 - 7), Semih Şəntürk – 6 (Sabri Sarıoğlu, 70 - 4), Nuri Şahin - 6, Tuncay Şanlı (k) – 6 (Sercan Yıldırım, 63 - 4), Kazım Kazım – 5 (Arda Turan, 46 - 6).

Azərbaycan: Fərhad Vəliyev - 4, Rail Məlikov - 4, Vladimir Levin - 5, Mahir Şükürov - 3 (Aleksandr Çertoqanov, 46 - 3), Aqil Nəbiyev – 4 (Elmar Baxşıyev, 46 - 5), Samir Abbasov - 6, Leandro Qomeş – 5 (Vaqif Cavadov, 46 - 4), Rəşad Sadıqov (k) - 6, Cavid Hüseynov – 5 (Ernani Pereyra, 55 - 3), Cəmşid Məhərrəmov - 5 (Saşa Yunisoğlu, 65 - 4), Daniel Axtyamov - 4 (Branimir Subaşiç, 83 – qiymətsiz).
0