“Barselona” “Mançester Yunayted”ə çatdı
03.06.2009 - 10:32
“Barselona” “Mançester Yunayted”ə çatdı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı 350 klubunun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, uzun müddətdir dünyanın ən güclüsü olan “Mançester Yunayted” (İngiltərə) Çempionlar Liqasının final matçında uduzsa da, mövqeyini əldən verməyib. Qitənin ən nüfuzlu qitə kubokunu ələ keçirən “Barselona” (İspaniya) mançesterlilərə çatmaqla şərikli lider olub. Hər iki komandanın hesabında 315 xal var.

Növbəti üç pilləni də ingilislər zəbt edib. “Çelsi” (276) üçüncü, “Liverpul” (248) dördüncü, “Arsenal” (247) beşinci pillədədir. UEFA kubokunun qalibi olmuş Ukrayna “Şaxtyor”u 245,5 xalla ilk “altılığ”ı tamamlayır.

Azərbaycan təmsilçilər ən güclü 350 komanda sırasında yer almayıb. Türkiyədən isə “Qalatasaray” 48, “Fənərbaxça” 52, “Beşiktaş” 60, “Sivasspor” 199, “Bursaspor” 281, “Trabzonspor” 295-ci yerdə məskunlaşıb.

Qeyd edək ki, İFFHS-in klub reytinqi hər ayın əvvəlində açıqlanır.
0