Yığmamız Terimin 4 futbolçusunu əlindən aldı
03.06.2009 - 10:47
Yığmamız Terimin 4 futbolçusunu əlindən aldı
Türkiyə yığması Azərbaycanla yoldaşlıq görüşündən sonra heyətlə bağlı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandamızı məğlub etdikləri oyunda (2:0) əsas heyətdə meydana çıxan Nihat Kahveçi, Gökhan Könül və Ceyhun Gülsəlam Fransa ilə iyunun 5-də Lion şəhərində keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcəklər.

Ceyhunun sağ ayağının arxa hissəsində, Gökhanın qasıq nahiyəsində əzələsini dartıb, Nihat dizindən xəsarət alıb. Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğlu isə Azərbaycanla görüşə çağırılsa da, sonadək ehtiyatda qaldı. Onun sağ ayağında arxa əzələsində problem qalmaqdadır. Fatih Terimin başçılıq etdiyi yığmanın məşqçilər korpusunun qərarı ilə Əmrə digər üç futbolçu kimi sağlıq durumunda problem olduğuna görə Fransaya yollanan heyətdən çıxarılıb. Bununla da Türkiyə yığmasının baş məşqçisi Fatih Terim səfərə 21 futbolçu ilə çıxacaq.

Qeyd edək ki, Türkiyə yığması bu gün yerli vaxtla saat 11:30-da çarter reysi ilə Fransanın Lion şəhərinə yollanacaq.
0