“Azərbaycanla oyunda xal itkisinə görə tənqid ədalətlidir”
03.06.2009 - 11:11
“Azərbaycanla oyunda xal itkisinə görə tənqid ədalətlidir”
“Əgər Azərbaycan və Lixtenşteyn yığmaları ilə yazda keçirdiyimiz rəsmi oyunlarda xal itirsəydik, onda heç şübhəsiz tənqid ədalətli idi. Helsinkidə açıq futbol olacağına əmin deyiləm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının yarımmüdafiəçisi Yuri Jirkov deyib.

2010-cu il dünya çempionatının seçmə mərhələsində martın 28-də Azərbaycan milli komandasını məğlub edən (2:0) ruslar Finlandiya ilə səfər oyununa hazırlaşır. Həm Moskva MOİK-i, həm də yığmanın aparıcı futbolçularından olan 26 yaşlı Jirkov Azərbaycan və Lixtenşteynlə görüşlərdə onları baxımsız oyuna görə tənqid edənlərin cavabını belə verib: “Məncə, müasir futbolda eyni zamanda həm qələbə qazanıb, həm də öz oyunu ilə zövq almağı yalnız “Barselona” bacarır. Bizim səhv etməyə haqqımız yoxdur. Hər şey nəticəni əldə etməyə tabedir. Helsinkidə oyunun nəticəsi hər iki komanda üçün çox vacibdir. Buna görə də baxımlı oyun gözlənilmir. Əsas qələbə qazanmaqdır. Fərqi yoxdur, hansı hesabla və hansı oyunla”.

Qeyd edək ki, Finlandiya – Rusiya oyunu iyunun 10-da keçiriləcək.
0