Berti Foqts üçün əsl sensasiya
03.06.2009 - 11:24
Berti Foqts üçün əsl sensasiya
Dünən milli komandaların iştirakı ilə 4 yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyə milli komandasının qonağı olan Azərbaycan yığması səfərdə uduzan yeganə komanda olub. Bu qarşılaşmada 0:2 hesabı ilə məğlub olan millimizin dünya çempionatının seçmə mərhələsindəki rəqibi Almaniya da səfərdə iki qol buraxsa da, əvəzində 7 qol vurub. Daha bir komanda rəqib meydanından qələbə ilə ayrılıb. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ötən ilin yanvarında istefaya göndərildiyi Nigeriya yığması səfərdə Fransa kimi adlı-sanlı rəqibini üstələməklə, sensasiyaya imza atıb. Parisi bir cavabsız qolla fəth edən afrikalılara qələbəni 32-ci dəqiqədə fərqlənən Akpala gətirib. Günün bir oyununda qol qeydə alınmayıb ki, həmin oyunda da Asiya təmsilçiləri – Oman və Cənubi Koreya üz-üzə gəlib.

Türkiyə - Azərbaycan 2:0
BƏƏ – Almaniya 2:7
Oman – Cənubi Koreya 0:0
Fransa – Nigeriya 0:1
0