“Neftçi” iki futbolçu ilə müqavilə bağladı
03.06.2009 - 12:50
“Neftçi” iki futbolçu ilə müqavilə bağladı
Azərbaycanın olimpiya yığma komandasının sabiq futbolçuları - Ruslan Əmircanovla Asəf Qədiri “Neftçi” klubuna keçiblər. Apasport.az saytının məlumatına görə, flaqman gənc oyunçularla bağladığı bir illik müqavilə ilə onların transferini rəsmiləşdirib.

24 yaşlı Ruslan həm müdafiənin, həm də yarımmüdafiənin sağ cinahında çıxış edə bilir. Son iki ili Bakının “Standard” klubunda keçirən Əmircanov buna qədər “Karvan”da, “Ədliyyə”də çıxış edib və ümumilikdə 121 oyunda 1 qola imza atıb.

25 yaşlı Asəf isə orta sahə oyunçusudur və Tovuz futbol məktəbinin yetirməsidir. O, indiyədək “Turan”da oynayıb və güclülər dəstəsində 81 oyunda 7 qol vurub.
0