Kakanın elçiləri də artır, qiyməti də
03.06.2009 - 13:30
Kakanın elçiləri də artır, qiyməti də
Braziliyalı futbolçu Kakanın transferi uğrunda mübarizəyə “Çelsi” də qoşulub. Apasport.az saytının məlumatına görə, London təmsilçisi 27 yaşlı yarımmüdafiəçi üçün müqavilə ilə məxsus olduğu “Milan”a 80 milyon avro təklif edib.

Az öncə “Çelsi”nin baş məşqçisi postuna gətirilən Karlo Ançelotti Kaka ilə Milanda uzun müddət bir yerdə çalışıb. “Zadəganlar”ın bu transferi gerçəkləşdirmək uğrunda mübarizədə əsas rəqibi Madrid “Real”ıdır. “Kral klubu”nun prezident postuna qayıdan Florentino Peres dünya çempionuna 65 milyon avro, ildə isə 9 milyon avroluq məvacib təklif edib. Ancaq ingilislərin illik maaşla da bağlı təklifi daha cəlbedicidir – 12 milyon avro.

Bu arada “Milan” və “Real” rəsmilərinin Kakanın keçidi ilə bağlı artıq razılığa gəldikləri barədə informasiyalar yayılıb. Bildirilir ki, “Milan”ın vitse-prezidenti Adriano Qalliani ilə Kakanın agenti, atası Bosko İzekson Pereyra artıq İspaniyaya gəliblər. Kaka ilə beş illik müqavilənin bağlanması nəzərdə tutulub.

Maraqlısı isə odur ki, futbolçu “sonuncu dəfə bəyan edirəm: mən “Milan”da qalacağam” açıqlamasını verib.

Xatırladaq ki, Kaka 2007-ci ilə həm dünyanın, həm də Avropanın ən yaxşı futbolçusu seçilib.
0