Yeni iddia: Xuande Ramos “Qalatasaray”da!
03.06.2009 - 13:49
Yeni iddia: Xuande Ramos “Qalatasaray”da!
“Qalatasaray” klubunu çalışdıra biləcək daha bir mütəxəssisin adı məlum olub. Apasport.az saytının məlumatına görə, hazırda baş məşqçi postunu tutan Bülənt Korkmaz istefaya göndərilməmiş onu əvəzləyəcək çalışdırıcıların sayı gündən-günə artır.

Bir müddət əvvəl Ko Adriansedən tutmuş Pol Le Quenə qədər bir çox mütəxəssisin İstanbul təmsilçisinə keçəcəyi iddia olunsa da, bu şayiələrin heç biri gerçəkləşməmişdi.

Yeni iddiaya görə isə komanda Madrid “Real”ından qovulan Xuande Ramosa tapşırılacaq. Əvvəllər “Sevilya” və “Tottenhem”i də çalışdıran ispaniyalı ilə türkiyəlilərin artıq görüşdüyü bildirilir. İlkin danışıqlardan sonra tərəflər 2-3 günə qərar qəbul etməlidir.
0