Fatih Terim Azərbaycan yığmasını dəstəkləyəcək
03.06.2009 - 14:14
Fatih Terim Azərbaycan yığmasını dəstəkləyəcək
“Azərbaycan yığmasının şənbə günü Uelslə çətin oyun gözlədiyini bilirəm. Bu görüşü izləyəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib.

Dünən Kayseri şəhərindəki yoldaşlıq oyununda Azərbaycan yığmasını üstələyən “İmperator” yerli mətbuata açıqlamasında bildirib ki, bundan sonra da millimizə biganə qalmayacaq: “İyunun 6-da Bakıda baş tutacaq matç vacib əhəmiyyət kəsb edir. Bu qarşılaşmanı televiziyadan seyr edəcəyəm. Qardaşlarımıza azarkeşlik edəcəyəm. Azərbaycan yığmasına doğma meydanda uğurlar arzulayıram”.
0