“Qalatasaray” Bülənt Korkmazı istefaya göndərdi
03.06.2009 - 14:17
“Qalatasaray” Bülənt Korkmazı istefaya göndərdi
Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Bülənt Korkmaz tutduğu vəzifədən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, iki aydır komandaya rəhbərlik edən 41 yaşlı çalışdırıcı nəticə qazana bilmədiyindən postundan ayrılıb.

“Qalatasaray” İdman Klubunun İdarə Heyəti artıq sabiq baş məşqçinin istefasını qəbul edib. Rəhbərlik Korkmaza gördüyü işlərə görə minnətdarlıq etməklə yanaşı, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, futbolçu karyerası boyu yalnız “Qalatasaray”da çıxış edən Bülənt bu komanda ilə 1999/2000 mövsümündə UEFA kubokunun qalibi olub.
0