Milli komandamız sabah İspaniyaya gedir
03.06.2009 - 14:38
Milli komandamız sabah İspaniyaya gedir
Azərbaycan milli komandası sabah İspaniyaya gedir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, çimərlik futbolu üzrə yığmanın səfərində məqsəd iyunun 7-dən 14-dək İspaniyanın Kastelyon şəhərində keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak etməkdir. İyunun 4-də İspaniyaya yola düşəcək millimiz seçmə mərhələdə Portuqaliya, Almaniya və Avstriya komandaları ilə eyni qrupda mübarizə aparacaq.
Qeyd edək ki, yığmamız turnirə 12 futbolçu ilə yollanıb.
0