Hiddink Ançelottini qadın kilsəsinə göndərir
03.06.2009 - 15:16
Hiddink Ançelottini qadın kilsəsinə göndərir
İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi Karlo Ançelotti qadın kilsəsinə yollanacaq. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyada çalışmağa başlamazdan əvvəl italiyalı mütəxəssis iki həftə qadınların yanında qalacaq.

Belə ki, Hollandiyanın Eyndhoven şəhəri yaxınlığındakı bu kilsədə ən məşhur ingilis dili məktəbi fəaliyyət göstərir. Burada tələbələrlə gündə 10 saat məşğul olub ən qısa müddətdə ingilis dilini öyrədirlər. İtaliyanın “Milan” klubunun sabiq baş məşqçisi olan Ançelottiyə bura yollanmağı “Çelsi”dəki sələfi Qus Hiddink məsləhət görüb. Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının çalışdırıcısı olan hollandiyalı bu yolla həmkarına yaxşılıq etməyi lazım bilib.
0