Uels yığması Bakıda şahzadə ilə görüşəcək
03.06.2009 - 15:51
Uels yığması Bakıda şahzadə ilə görüşəcək
İyunun 6-da keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycan milli komandasının rəqibi olacaq Uels yığmasının ölkəmizlə bağlı planları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gecə Bakıya çatan britaniyalılar saat 18:00-da ilk məşqçinə çıxacaq.

“Şəfa” stadionundakı süni örtüklü meydançada məşq edəcək uelsliləri sabah ciddi görüş gözləyir. Baş məşqçi Con Toşak və yetirmələri şahzadə Endryu ilə də Bakıda görüşəcək. Hazırda ölkəmizdə olan Böyük Britaniya taxt-tacının varisi sabah səhər futbol yığmasına vaxt ayıracaq. Birisi gün isə Uels yığmasının üzvləri Bakıya avtomobillərlə yürüş edən azarkeşləri ilə görüşəcək.
0