Berti Foqtsun qayıdışı baş tutmayacaq
03.06.2009 - 23:00
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun doğma klubu “Borussiya” özünə yeni çalışdırıcı tapıb. Apasport.az saytının məlumatına görə, Foqtsu sükanı arxasında görmək istəyən Mönhenqladbax təmsilçisi Mixael Frontseklə anlaşıb. “Borussiya” ilə iki illik müqavilə imzalayan 45 yaşlı alman mütəxəssis baş məşqçi postunda Hans Mayeri əvəzləyib.
Bu mütəxəssis komandanı Bundesliqada saxlamağı bacarsa da, sonradan getməyə qərar verib. Mönhenqladbax təmsilçisində 10 ilə yaxın çıxış edən Frontsek sonradan baş məşqçinin köməkçisi olub. Mixael ötən mövsümün gedişində “Arminiya”nın baş məşqçi vəzifəsindən azad edilib və bu komanda sonda ikinci Bundesliqaya düşüb.
Xatırladaq ki, Foqts karyerası boyu yalnız Mönhenqladbaxın “Borussiya” klubunda çıxış edib. 14 il (1965-79-cu illər) oynayan veteran müdafiəçi 419 görüşdə 32 qol vurub. Foqts Almaniya yığmasında məhz “Borussiya”nın futbolçusu kimi dünya və Avropa çempionu olub.
Ölkəmizdə işlədiyi müddətdə də doğma komandasına biganə qalmayan 62 yaşlı mütəxəssis tez-tez bu haqda fikirlərini bildirib. “Borussiya” yeni baş məşqçisi axtardığı zamanı namizədlər siyahısına Foqtsun da adı düşüb.

0
0