Fariz Yusifov Azərbaycan - İspaniya oyununa təyinat aldı
03.06.2009 - 17:28
Fariz Yusifov Azərbaycan - İspaniya oyununa təyinat aldı
FİFA hakimi Fariz Yusifov Azərbaycan – İspaniya oyununa təyinat alıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 37 yaşlı beynəlxalq referi iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü idarə edəcək ukraynalı referilər briqadasında yer alıb.

Fariz bu oyunda ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Baş hakim İqor İşenkoya yan xətdə həmyerliləri Oleq Plujniklə Oleq Muravyov yardımçı olacaq. Oyun saat 21:00-da başlayacaq.
0