Yığmamıza qol vuran hücumçunun oğlu öldü
03.06.2009 - 17:37
Yığmamıza qol vuran hücumçunun oğlu öldü
“Real”ın sabiq hücumçusu Predraq Miyatoviçə ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl “Kral klubu”nun idman direktoru vəzifəsindən qovulan serbiyalı oğlunu itirib.

Onun 15 yaşlı oğlu Andrey Valensiya şəhərinin klinikalarından birində dünyasını dəyişib. Buna uşağın neçə ildir hidrosefaliyadan əziyyət çəkməyi səbəb olub. Kiçik Miyatoviç beynindəki bu problemdən bir dəfəlik əməliyyat yolu ilə xilas ola bilərdi ki, bunun üçün də onu klinikaya aparmışdılar. Amma burada vəziyyəti ağırlaşan Andreyi xilas etmək üçün nəzərdə tutulduğundan əvvəl gerçəkləşən cərrah müdaxiləsinin də xeyri olmayıb.

Qeyd edək ki, Miyatoviç 2004-cü il Avropa çempionatının seçmə mərhələsində Serbiya və Çernoqoriya yığmasının heyətində Azərbaycan milli komandasına qarşı oynayıb. Veteran hücumçu 2003-cü il fevralın 12-də Podqoritsada keçirilən və 2:2 hesabı ilə başa çatan görüşün 34-cü dəqiqəsində penalti zərbəsi ilə hesabı açıb.
0