“Barselona” qocaya qapını göstərdi
03.06.2009 - 17:44
“Barselona” qocaya qapını göstərdi
UEFA Çempionlar Liqasının (ÇL) son qalibi “Barselona” heyətlə bağlı islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisi braziliyalı sol cinah müdafiəçisi Silvinyonun komandadan çıxarıb. 35 yaşlı futbolçuya ayın sonunda başa çatacaq müqavilənin uzadılmayacağı haqda məlumat verilib. “Barselona”da artıq 5 ildir çıxış edən Silvinyo buna qədər İspaniyada “Selta”, İngiltərədə “Arsenal” klubunda oynayıb.

Qeyd edək ki, braziliyalı “Barselona” ilə ötən mövsüm həm çempion, həm də ölkə kubokunu sahibi olub. Silvinyo bu komanda ilə ÇL-i və ölkə çempionluğunu iki dəfə qazanıb.