“Mançester Yunayted”dən 130 milyon dollarlıq müqavilə
03.06.2009 - 18:05
“Mançester Yunayted”dən 130 milyon dollarlıq müqavilə
“Mançester Yunayted” ABŞ-ın “Aon” sığorta şirkəti ilə 130 milyon dollarlıq müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, 18 dəfə ölkə çempionu olan klub bununla da tarixə düşəcək.

Sövdələşmənin ümumu məbləği 80 milyon funt sterlinq (130 milyona dollara yaxın) təşkil edir. Bu, dünya futbolu tarixində ən bahalı müqavilə olacaq. Dörd illik nəzərə tutulan anlaşma 2010-cu ilin yayından qüvvəyə minəcək. “Mançester Yunayted”in titullu sponsoru olacaq “Aon” öz loqosunu komandanın futbolçularının geydiyi formanın üzərində yerləşdirmək hüququna malik olacaq.

Kluba sponsorluq uğrunda “Samsung”, “Saudi Telecom”, habelə Hindistanın “Sahara” və “Tata” firmaları mübarizə aparıb.

“Mançester Yunayted”in hazırkı sponsoru olan digər sığorta şirkəti AİG-i müflisləşmədən ötən ilin sentyabrında dövlət xilas edib. AİG 2010-cu ilin yayına kimi nəzərdə tutulan müqavilənin vaxtından əvvəl pozmaqla, klubla əməkdaşlığını dayandırmalı olub. Sponsorluqla bağlı müqavilələr arasında 2-ci yerdə “Bavariya” klubunun “Deutche Telekom”la bağladığı müqavilə (ildə 17,03 milyon funt sterlinq), 3-cü yerdə “Real”ın bukmeker şirkəti olan “Bvin”lə anlaşması (ildə 12,78 milyon funt sterlinq) tutur.
0