Fərhad Vəliyev söz verdi
03.06.2009 - 18:19
Fərhad Vəliyev söz verdi
“Azarkeşləri sevindirə bilmədiyimiz üçün təəssüflənirəm. Hakimin verdiyi penalti qərarı çox ağır idi. Rəşadın meydandan çıxması müdafiənin “oynamaması”na səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının qapıçısı Fərhad Vəliyev şərəfini qoruduğu “Qarabağ” klubunun rəsmi saytına açıqlamasında deyib.

Millimizin Türkiyə yığmasına səfərdəki yoldaşlıq görüşündə məğlubiyyətinə baxmayaraq, 29 yaşlı qapıçı inamlı çıxışı ilə yadda qalıb. Türkiyəli həmkarlarımızın yüksək bal verdiyi Fərhad Semih Şəntürkün penalti zərbəsini də dəf etməklə, ustalığını nümayiş etdirib: “Qarabağ”ın heyətində qapıma təyin edilmiş sonuncu penaltini də tutmuşdum. Lakin buna baxmayaraq, “Standard”a uduzmuşduq. İndi nə deyə bilərəm? Hər iki oyunda qurtarılmış penaltilər komandaya nəticə gətirmədi. Maraqlı bir taledir. İnşallah, Uelslə oyunda azarkeşlərimi qələbə qazanaraq sevindirərik. Millimiz buna qadirdir”.
0