“Azərbaycanı unutduq, növbə Ermənistanındır”
04.06.2009 - 10:03
“Azərbaycanı unutduq, növbə Ermənistanındır”
“Meydanda mübarizə aparan hər bir futbolçumuzu göstərdiyi oyuna görə alqışlayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin 21 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Hami Mandıralı deyib.

Azərbaycan yığması ilə keçirilən yoldaşlıq oyununda 2:0 hesabı ilə qalib gələn türkiyəlilərin çalışdırıcısı artıq 2011-ci il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla keçirəcəkləri matçı düşündüyünü bildirib: “Bəlkə də bütün 90 dəqiqə boyu istədiyimiz oyunu göstərə bilmədik. Lakin futbolçularımız qələbə qazanmaq üçün əsl mübarizə apardılar. Özü də bu mübarizə ən yüksək səviyyədə idi. Həm bizim, həm də futbolçularımızın bu qarşılaşmadan bir dərs götürməliyik. Artıq Azərbaycanla oyunu unutduq, qarşıda Ermənistanla vacib oyun var”.