Hiddinki Azərbaycanla oyundan sonra rahat buraxmırlar
04.06.2009 - 10:27
Hiddinki Azərbaycanla oyundan sonra rahat buraxmırlar
“Azərbaycan və Lixtenşteynlə qarşılaşmalarda baxımsız oyuna görə bizə tənqidlərin haradan qaynaqlandığını bilirəm. Son vaxtlar Rusiya yığması uğurla çıxış edir, onlara qarşı tələb artıb və bu, çox yaxşıdır”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink deyib.

Holland mütəxəssis Azərbaycan və Lixtenşteyn kimi zəif yığmalarla görüşdə göstərilən oyuna görə onları tənqid edənləri qınamır: “Kim narazı qalmaq istəyirsə, həmişə bunun üçün əsas tapacaq. Təbii ki, elə həmin Lixtenşteynlə matçda 4-5 qol vurmağımızın əleyhinə deyildim. Alınmadı, ancaq əsas odur ki, Vadutsda üç xal götürmək vəzifəsini yerinə yetirdik. Helsinkiyə də ilk növbədə lazım olan nəticəni əldə etmək üçün gedirik”.

Xatırladaq ki, 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibi olan Rusiya martın 28-də milli komandamızı Moskvada 2:0, bundan dörd gün sonra Vadutsda Lixtenşteyni 1:0 hesabı ilə məğlub edib.
0