Əlində siqaret və pivə yaxalanan futbolçu kimdir?
04.06.2009 - 11:07
Əlində siqaret və pivə yaxalanan futbolçu kimdir?
UEFA kubokunun qalibi olan Ukraynanın “Şaxtyor” klubunun kapitanı Dario Srna siqaret çəkərkən yaxalanıb. Apasport.az saytının məlumatına görə, hazırda Xorvatiya yığmasının düşərgəsində olan futbolçu axşam gəzintisi zamanı daxil olduğu barda paparatsilərin “ov”unə çevrilib.

Burada siqaret çəkən zaman şəkli çəkilən Srnanın əlində bir şüşə pivə də olub. Bu şəkilləri dərc edən Xorvatiya qəzetlərindən biri Darionun hərəkətlərinə şərh də verib. Pivənin zərərli olmadığını qeyd edən həmkarlarımız əksər futbolçuların siqaret çəkdiyini də vurğulayıb. Onların fikrincə, Srna elə də qəbahət iş görməyib. Ən əsası idman rejiminin pozulmamağıdır ki, Dario da yalnız istirahət vaxtı barda əylənib. Özü də ofisiantların sözlərinə görə, o, tək olmayıb. Lakin Srna ilə birlikdə olan yığma oyunçularını tanımayan paparatsi onların şəkillərini çəkməyib.
0