Yaponiya Amerika kubokunda oynayacaq
04.06.2009 - 13:36
Yaponiya Amerika kubokunda oynayacaq
Futbol üzrə Yaponiya milli komandası 2011-ci ildə keçiriləcək Amerika kubokunda çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları birinciliyə marağı artırmaq üçün Asiya təmsilçisinə də dəvət göndərib.

Əvvəllər də başqa qitələrdən olan yığmalar sayəsində kuboka marağı artırmaq təcrübəsindən istifadə edən amerikalılar 10 il əvvəl də Yaponiyanı turnirə çağırmışdı. 1999-cu ildə qrup mərhələsində mübarizə aparan Gündoğar ölkə yığması üç oyuna bir xal toplayaraq elə qrupda qalmışdı.
0