Gözəlçə Bekhemlə Ronaldinyonu kölgədə qoydu
04.06.2009 - 14:02
Məşhur “Forbes” jurnalı dünyanın ən nüfuzlu şəxslərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, planetin sanballı adamlarının ilk “yüzlüy”ündə iki futbolçu da yer alıb.
İngiltərə yığmasının futbolçusu Devid Bekhem dünyanın 28-ci adamı olub. Hazırda icarə əsasında “Milan”da oynayan yarımmüdafiəçinin komanda yoldaşı Ronaldinyo 55-ci pillədə qərarlaşıb.
Reytinq tərtib olunarkən, KİV, televiziya, jurnalların üz səhifəsində adının və şəklinin hallanmağının sayı, həmçinin illik qazancı nəzərə alınıb. Bütün hesablamaların nəticəsinə görə birinci olan Ancelina Coli planetin ən nüfuzlu insanı sayılıb. Gözəlçə Bekhemlə Ronaldinyonu kölgədə qoyub. İkinci yeri amerikalı aparıcı Opra Uinfri tutub.
İlk “onluq”da bir idmançı da yer alıb. Məşhur basketbolçu Kobi Brayant onuncu olmağı bacarıb.

0
0