Uelsli qapıçı: Bakıda qələbə qazanmalıyıq
04.06.2009 - 15:05
Uelsli qapıçı: Bakıda qələbə qazanmalıyıq
“Artıq CAR-da keçiriləcək dünya çempionatı haqda düşünmürük. İndi yalnız daha yaxşı nəticə göstərib, mümkün qədər yüksək yer tutmağa çalışa bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels yığmasının qapıçısı Ueyn Hennesi deyib.

İyunun 6-da keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycanla qarşılaşacaq britaniyalıların futbolçusu komandalar arasındakı ilk görüşə əsasən təmsilçilərimizin nə qədər çətin rəqib olduğunu xatırlayır: “Daha yaxşı nəticə göstərmək üçün Bakıda Azərbaycan yığmasını məğlub etməliyik. Ən azı özümüzə inam üçün buna nail olmalıyıq. Hərçənd, bunun nə qədər çətin olacağını da bilirik. Elə Kardiffdəki ilk qarşılaşmada da Azərbaycanı çətinliklə məğlub etmişdik. Həmin görüşdə əziyyətlə də olsa, vacib qolu vuraraq qələbə qazana bildik. Bu dəfə də qələbə üçün meydana çıxıb, sabahımızı düşünəcəyik. 2012-ci ilin Avropa çempionatı isə bizlikdir. Həmin turnirə öz damğamızı vuracağıq”.

Qeyd edək ki, ötən il sentyabrın 6-da “Millenium” stadionunda keçirilən qarşılaşmada Uels yığması 1:0 hesabı ilə qalib gəlmişdi.
0