Milli komandanın azarkeşi güllələndi
04.06.2009 - 15:10
Milli komandanın azarkeşi güllələndi
İngiltərə yığmasının azarkeşinə odlu silahdan atəş açılıb. Apasport.az saytının məlumatına görə, fanat bu xoşagəlməz olayla Qırğızıstanın paytaxtı Bişkekdə üzləşib.

İngilislər 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da səfərdə Qazaxıstanla rəsmi oyun keçirəcək. Həmin azarkeş də Qazaxıstana gedərkən yol üstü Qırğızıstanda olub. Böyük Britaniyanın Qazaxıstanda olan səfiri Pol Brammel bəyan edib ki, Qırğızıstan hökuməti ilə əlaqə saxlayacaq və insidentin araşdırılmasının gedişini izləyəcək.

Qazaxıstan – İngiltərə oyunu keçmiş paytaxt Almatıda keçiriləcək. Həmin görüşə çoxlu ingilis azarkeşinin gələcəyi gözlənilir. İngiltərə Futbol Federasiyasının nümayəndələrinin sözlərinə görə, güllə yarası alan həmin şəxs rəsmi olaraq, Qazaxıstana yollanan azarkeşlər sırasında daxil deyilmiş.
0