Azarkeşlər 19 polisi daş-qalaq etdi
04.06.2009 - 16:34
Azarkeşlər 19 polisi daş-qalaq etdi
Hollandiya çempionatının “Kambur” və “Roda” klubları arasındakı qarşılaşma qalmaqalla nəticələnib. Apasport.az saytının məlumatına görə, “Roda”ya məğlubiyyətdən sonra Leuvarden təmsilçisinin azarkeşləri küçələrə axışaraq dava-dalaş salıb. Fanatlarla toqquşma nəticəsində 19 polis yaralanıb.

Azarkeşlərdən 13-ü saxlanılıb və bu rəqəmin artacağı istisna olunmur. Hadisə yerində olanlar arasında toqquşmanı videoya çəkib onu yayanlar da tapılıb. 600-ə yaxın fanatın iştirak etdiyi dava-dalaş zamanı polis əməkdaşlarına daş və şüşə qablar atılıb. Stadion və ətraf küçələrdə yaşananları gözyaşardıcı qaz vasitəsilə dayandırmaq mümkün olub.

Qeyd edək ki, güclülər dəstəsində oynamaq uğrunda mübarizə aparan komandaların həlledici görüşündə “Roda” penaltilər seriyasında qalib gəlib.
0