Futbolçulara silahlı hədə-qorxu
04.06.2009 - 18:41
Futbolçulara silahlı hədə-qorxu
Argentinada futbol azarkeşləri doğma klublarından qələbəni tələb etməyin özünəməxsus yolunu tapıb. Apasport.az saytının məlumatına görə, güclülər dəstəsində çıxış edən “San-Martin” klubunun tərəfdarları silahlanaraq, futbolçulara məşq zamanı hədə-qorxu gəliblər.

Şahidlər bildiriblər ki, nizam-intizamı pozanlar hətta havaya bir neçə atəş da açıblar. Klubun adı açıqlanmayan futbolçularından biri isə deyib ki, fanatlar məşq zamanı oyunçulardan çempionatın qalan 3 oyununda qələbə qazanmağı tələb ediblər.

Tukuman şəhərini təmsil edən komanda hazırda turnir cədvəlində axırdan əvvəlki pillədə qərarlaşıb və birinci liqaya düşə bilər.
0