Əliyev milli komandadan kənarlaşdırıldı
05.06.2009 - 09:50
Əliyev milli komandadan kənarlaşdırıldı
Azərbaycanlı futbolçu Aleksandr Əliyev Ukrayna yığmasından kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun formasını geyinən 25 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində sabah Xorvatiya, dörd gün sonra Qazaxıstanla rəsmi oyunlarda meydana çıxa bilməyəcək.

Buna səbəb soydaşımızın milli komandanın məşqində zədələnməsidir. Daban nahiyəsindən xəsarət alan Əliyev komanda yoldaşlarına kömək edə bilməyəcək. Ümumiyyətlə, futbolçunun hazırlıq prosesinə qayıdışı heç də tezliklə baş verməyəcək. Belə ki, Aleksandrın ayağı gipsə salınıb və iki həftə belə vəziyyətdə olacaq. Həkimlərin ilkin məlumatına görə, Əliyev iki həftədən sonra məşqlərə başlaya bilər.
0