“Mançester Yunayted” dünya rekorduna imza atdı
05.06.2009 - 09:53
“Mançester Yunayted” dünya rekorduna imza atdı
“Mançester Yunayted” dünya futbolunun tarixində yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ingilislər ABŞ-ın “Aon” sığorta brokeri ilə reklam müqaviləsi bağlamaqla, fantastik gəlir əldə edəcək.

Anlaşmaya əsasən, şirkət 4 il ərzində komandaya 80 milyon funt sterlinq (130 milyon dollar) ödəyəcək. Mançesterliləri isə bunun müqabilində öz formalarının üzərində “Aon”un adını daşıyacaq. Məbləğin belə böyük olmasında müştərilərin çoxluğunun rolu olub. Belə ki, “Aon” “Samsunq” və “Saudi Telicom”la mübarizə apardığından ilə 20 milyon funt sterlinq ödəməyə razılıq verib.

Qeyd edək ki, “Mançester Yunayted” 1982-ci ildən 2000-ci ilədək “Şarp”, növbəti 6 ildə “Vodafone” şirkəti ilə əməkdaşlıq edib. Son üç ildə AİG-lə işbirliyi quran ingilislər ildə 14 milyon funt sterlinq qazanırdı.
0