Rəsmi oyunda görünməmiş hadisə!
05.06.2009 - 11:32
Rəsmi oyunda görünməmiş hadisə!
2009-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Sloveniyanın 19 yaşlılardan ibarət yığma komandalarının (U-19) rəsmi oyununda görünməmiş hadisə baş verib. Apasport.az saytının məlumatına görə, görüşü idarə edən danimarkalı hakim Anders Hermansen oyunun gedişində sloveniyalı futbolçulardan birinə ikinci sarı vərəqəni göstərsə də, onu meydandan qovmağı unudub.

Həmin oyun 3:3 hesabı ilə nəticələnib. Rusların baş məşqçisi Andrey Talalayev hakimlə bağlı etiraz edəcəklərini istisna etməyib. Onun sözlərinə görə, heç kim onlara Sloveniya üzərində texniki qələbə verməyəcək. Talalayev bildirib ki, komandası cəzalı və zədəli futbolçulara görə oyunu 9 nəfərlə başa vurmalı olub.

Qeyd edək ki, Rusiya elit mərhələsində Sloveniya ilə yanaşı, Hollandiya və Belçika bir qrupda yer alıb.
0