“Qalatasaray”dan qovulan məşqçi Lippertlə Ştaynın sabiq komandasında
05.06.2009 - 11:43
“Qalatasaray” klubundan qovulan Mixael Skibbe özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, dörd aydır işsiz qalan almaniyalı çalışdırıcı vətənində “Ayntraxt” komandasını çalışdıracaq. Karyerası ərzində Dortmund “Borussiya”sı və “Bayer”də də çalışan Skibbe Bundesliqadakı yerini çətinliklə qoruyan komandanı yeni mövsümdə daha yüksək yerlərə daşımalı olacaq.
Qeyd edək ki, başa çatan çempionatın son 6 matçında 1 xal qazanan Frankfurt təmsilçisi Azərbaycan milli komandasının məşqçiləri üçün də doğmadır. 21 və 19 yaşlılardan ibarət komandaların çalışdırıcısı Bernard Lippert uzun müddət bu komandada çalışmış, əsas yığmanın qapıçılarla işləyən məşqçisi Uli Ştayn isə futbolçu karyerasının böyük hissəsini “Ayntraxt”da keçirib.

0
0