Sergey Sokolov “Simurq”dan ayrıldı
05.06.2009 - 11:57
Sergey Sokolov “Simurq”dan ayrıldı
Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolov Zaqatalanın “Simurq” klubunun sıralarını tərk edib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı milliləşən rus müdafiəçi vətəninə yollandığından, komandasının hazırlıq prosesinin əvvəlində iştirak etməyəcək.

Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edəcək “Simurq” iyunun 7-də hazırlığa başlayacaq. Doğma məkanda bir araya gələcək komanda çıxış edəcəyi Avroliqaya hazırlıq məqsədilə təlim-məşq toplanışına başlayacaq. Qasıq nahiyəsində zədəsi olan Sokolov bu səbəbdən yığmanın da hazırlığını yarımçıq tərk etməli oldu. Klub rəhbərliyindən bir neçə günlük icazə alıb Sergey hazırlığa bir qədər gec qoşulacaq.
0