Con Toşak: Azərbaycan yığmasından ehtiyatlanırıq, amma geriyə yol yoxdur
05.06.2009 - 13:30
“Bu, mənim Bakıya ikinci səfərimdir. Bura qələbə qazanmaq üçün gəlmişik”. Apasport.az saytının məlumatına görə, bunu Uels milli komandasının baş məşqçisi Con Toşak bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanla görüşəcək təcrübəli uelsli mütəxəssis heyətdəki itkilərdən gileylənib: “10 futbolçu müxtəlif səbəbdən yığmadan kənarda qalıb. Azərbaycandan ehtiyatlanırıq, amma geriyə yol yoxdur”.
Toşak bildirib ki, iyunun 2-də Kayseri şəhərində yoldaşlıq görüşü keçirəcək Türkiyə - Azərbaycan oyunu haqda məlumatlıdır: “Həmin görüşü köməkçim izləyib. Hesab edirəm ki, Azərbaycanın 50-ci dəqiqədə azlıqda qalması nəticəyə təsir göstərdi. Milli komandanızın baş məşqçisi Berti Foqtsun Uels üzərində qələbə qazanmaq istəyini normal qarşılayıram”.

- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0