Azərbaycanda yenilik: stadiona 200 xanım azarkeş gələcək
05.06.2009 - 13:42
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Uels yığmaları arasında keçiriləcək matçı xanım azarkeşlər də izləyəcək. Bu haqda apasport.az saytına AFFA-nın fan-klublar üzrə əlaqələndiricisi Elnur Məmmədov məlumat verib.
O bildirib ki, yığmamızın sabahkı qarşılaşmasına 200-dək xanım azarkeşin gələcəyi gözlənilir: “İrəli” Gənclər Təşkilatı xanımlardan ibarət fan-klub yaradıb. Həmin xanımlar ilk dəfə olaraq, sabah Azərbaycan-Uels görüşündə yığmamızı dəstəkləyəcəklər. İnanırıq ki, bu yolla xanımlarımızın stadionlara gəlişini təmin edəcəyik və gələcəkdə onların sayı çox olacaq”.
Məmmədovun sözlərinə görə, milli komandamızı sabah “Neftçi”, “Bakı”, “Xəzər-Lənkəran” və “İnter”in fanatları da birgə dəstəkləyəcəklər. AFFA rəhbərliyi onları pulsuz biletlə təmin edəcək. Stadiona bu klubların ümumilikdə, 1000-ə yaxın azarkeşinin təşrif buyuracağı ehtimal olunur.
Bundan başqa, avrokuboklarda da müxtəlif klubların fanatları birgə fəaliyyət göstərəcəklər. Onlar birləşərək, eyni komandaya dəstək verəcəklər.

0
0