“Mançester Yunayted” Ronaldonu 75 milyona satır
05.06.2009 - 13:58
İngiltərənin “Mançester Yunayted” klubu ötən il dünyanın ən güclü futbolçusu seçilən Kriştianu Ronaldonu satmaqla bağlı danışıqlar aparmağa hazırdır. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” portuqaliyalı yarımmüdafiəçiyə elçi düşən Madrid “Real”ı ilə danışıqlar masasına əyləşməyə razı olub. Lakin bunun üçün müştəri ən azı 75 milyon avrosundan keçməlidir. Bir sözlə, “Mançester Yunayted” Ronaldo üçün start qiymətinin bu məbləğdə olacağını açıqlayıb.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0