İniyestanı Azərbaycana buraxmadılar!
05.06.2009 - 15:09
İyunun 9-da Bakıda Azərbaycanla qarşılaşacaq İspaniya milli komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, məşhur “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Andres İniyesta yığmanın Roxasdakı bazasını tərk etmək məcburiyyətində qalıb.
Konfederasiyalar Kubokunun hazırlıqlarına İspaniyada başlayıb və yarışın keçiriləcəyi CAR-a paytaxtımızdan yollanacaq Avropa çempionlarının aparıcı oyunçusundan məhrum olması zədə problemi ilə bağlıdır. Baş məşqçi Visente del Boske hələ heyəti açıqlamazdan əvvəl İniyestanın zədəli olduğu bilinirdi. Lakin onun heç olmasa, turnirin yarımfinalınadək sağalacağına ümidlər bəsləyən mütəxəssis Andresi də hazırlıqlara cəlb etmişdi. Lakin Cemtro klinikasında 2 saatadək çəkən müayinə tam fərqli nəticə verib.
Həkimlər futbolçunu nəinki Bakıya, heç Konfederasiyalar Kubokuna da hazır olmayacağını bildiriblər. Yığmanın həkimi Oskar Selada keçirdiyi mətbuat konfransında İniyestanın 6-8 həftəlik müalicəsinin zəruriliyini vurğulayıb.

- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0