Luis Araqones özünə yeni iş yeri tapdı
05.06.2009 - 15:22
Luis Araqones özünə yeni iş yeri tapdı
Türkiyənin “Fənərbaxça” klubunun sabiq baş məşqçisi Luis Araqones özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl İstanbul təmsilçisindən ayrılan 70 yaşlı mütəxəssisin işsiz günləri çox sürməyib.

Ötən ilin yayında İspaniya milli komandası ilə Avropa çempionu olan Araqones yenidən yığmanın oyunlarında çalışacaq. Futbolçu və məşqçi kimi böyük uğurlar qazanan veteran özünü yeni ampluada sınayacaq. Araqones iyunun 14-də start götürən Konfederasiyalar Kubokunda matçları televiziya ilə şərh edəcək. “Tele-5” kanalı ilə yayımlanacaq oyunlar zamanı mütəxəssis nisbətən təcrübəli həmkarı Gilyermo Amorla birlikdə işləyəcək.

Qeyd edək ki, uzun illər “Barselona”da çıxış etmiş Amor İspaniya yığmasının sabiq futbolçularındandır.
0