Zidandan sensasion açıqlama: Kaka artıq “Real”la müqavilə imzaladı!
05.06.2009 - 15:34
Dünya çempionu Kaka Madridin “Real” klubu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, bu haqda mətbuata “Kral klubu”na qayıdan ötənlərin məşhur futbolçusu Zinəddin Zidan açıqlama verib.
Madrid təmsilçisinin prezident postuna qayıdan Florentino Peresin müşaviri təyin edilən Zidan 27 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçinin keçidinin artıq rəsmiləşdiyini bildirib: “Kaka artıq “Real”la müqaviləyə imza atıb. Əgər o, bu komandada mənim çıxış etdiyin nömrəni daşısa, buna şad olaram”.
Qeyd edək ki, Zidan “Real”da 5 nömrəli, Kaka isə “Milan”da 22 nömrəli formanı daşıyıb. Onun “Real”la anlaşması 5 illik nəzərdə tutulub.

- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi
0
0