5-ci dəfə 6-cı ayın 6-cı günü
05.06.2009 - 23:17
Bu gün dünya çempionatının seçmə oyununda Uelslə qarşılaşacaq Azərbaycan yığması üçün iyunun 6-sı çox uğurlu tarixdir. Apasport.az saytının araşdırmalarına görə, futbolçularımız indiyədək 5-ci dəfə 6-cı ayın 6-cı günündə meydana çıxacaq. İndiyədək millimiz heç vaxt bu tarixdə uduzmayıb.
1993-cü ildə İranda keçirilən EKO turnirində mübarizə aparan yığmamız Tacikistanı 2:0 hesabı ilə üstələyib. Hərçənd, həmin dövrdə taciklərin futbolu ölkəmizdəkindən güclü sayılırdı. Buna nümunə kimi yeni dağılan SSRİ-nin son çempionatlarında Azərbaycan təmsilçisinin birinci dəstənin ortababı olduğunu, Düşənbə “Pamir”inin isə güclülər dəstəsində çıxış etdiyini vurğulamaq olar. Belə bir vaxtda qazanılan qələbə həm uğur kimi, həm də tarixin düşərli olması ilə izah oluna bilər.
Səkkiz il sonra dünya çempionatının seçmə mərhələlərində ən böyük hesablı qələbəsini qazanan yığmamız iyunun 6-da Slovakiyanı üstələmişdi – 2:0. Həmin vaxt rəqib dünya çempionatına vəsiqə qazanmaq iddiasında idi və həlledici zərbəni Bakıda aldı.
Maraqlıdır ki, onda da Bakıda keçirilən seçmə oyuna hazırlıq məqsədilə millimiz Türkiyəyə yollanmışdı. Komandamız səkkiz ildən sonra yenə eyni marşrutla yol keçib, eyni yarışın seçmə mərhələsinin matçına eyni arenada çıxacaq.
İyunun 6-da keçirilən növbəti iki qarşılaşmada da yığmamız qol vurmağı bacarıb, üstəlik xal da qazanıb. Düzdür, bu görüşlərdə futbolçularımız qalib gəlməyib. Lakin hər iki qarşılaşma səfərdə keçirilib. Altı il əvvəl Avropa çempionatının final mərhələsinə hazırlaşan güclü Latviya yığması ilə rəqib meydanındakı nəticə (2:2) də tarixin uğurlu olması ilə bağlıdır.
İki il əvvəl isə Qazaxıstanı səfərdə udmaq iqtidarında olan yığmamızın 1:1 hesabı ilə kifayətlənməyi müəyyən qədər tənqidlə qarşılansa da, istənilən səfər xalı bizim üçün uğur sayılmalıdır.
Bir sözlə, yığmamız iyunun 6-da 4 matçda 2 qələbə və 2 heç-heçəyə imza atmaqla, 7 qol vurub 3-ünü buraxıb. Bakıda isə yeganə görüşü 2:0 hesabı ilə başa vurub.
Millimizdən fərqli, Uels yığması üçün 6-cı ayın 6-cı günü uğurlu sayılmır. Maraqlıdır ki, yığmamızın rəqibi bu tarixdə elə bizimkilər kimi 4 oyuna çıxıb və hamısını da səfərdə oynayıb. 1984-cü ildə Norveçdə uduzan (0:1) britaniyalılar 9 il sonra digər şimal təmsilçisi Farer adalarını məğlub edib – 3:0. 11 il əvvələ təsadüf edən 6 iyun matçı isə Uels üçün acı xatirələrlə zəngindir. Tunis səfərində rəqibimiz dörd cavabsız qol “yemişdi”.
2001-ci ildə isə Azərbaycan Slovakiyanı məğlub etdiyi vaxtda Uels Ukraynada qonaq idi. Həmin gün qonaqlar bir xala sevindilər – 1:1. Beşinci dəfə bu tarixdə meydana çıxacaq Uels yığması əvvəlki 4 oyunda 4 xal toplayıb: 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət. Top fərqi də meydan sahiblərini xeyrinədir – 6:4.

0
0