“İnter” Vüqar Nadirovla danışıqlara başlayıb
05.06.2009 - 23:48
“İnter” Vüqar Nadirovla danışıqlara başlayıb
Azərbaycanı Avropa Liqasında təmsil edəcək Bakının “İnter” klubu hücum xəttini Vüqar Nadirovla gücləndirmək istəyir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 22 yaşlı hücumçu ilə ilkin danışıqlara başlayıb.

Bir müddət əvvəl gurultulu transferlər etməyib, gənc eyni zamanda, təcrübəli futbolçularla anlaşacaqlarını bildirən “İnter”in baş məşqçisi Valentin Xodukin məhz Nadirovun komandasına lazım olduğunu düşünür. Karyerası ərzində “Qarabağ”, “Xəzər-Lənkəran” və “Masallı”da çıxış etmiş, son mövsümdə isə “Karvan”ın şərəfini qorumuş Vüqar arxada qalan birincilikdə kifayət qədər yaxşı oynayıb. Meydana çıxdığı 24 matça 6 qol vurmaqla, Azərbaycan milli komandasına da qayıdan hücumçu “Karvan”ın Premyer Liqada ən yaxşı bombardiri oldu.

Qeyd edək ki, Vüqar milli çempionatlar ərzində 125 matça 23 qol vurub.