“Azərbaycanda oynasam, problemlə üzləşərəm”
05.06.2009 - 23:34
Rusiya Premyer Liqasında mübarizə aparan “Moskva” klubunun futbolçusu Aleksandr Səmədovun apasport.az saytına eksklüziv müsahibəsi
- “Spartak” və “Lokomotiv” kimi klublardan sonra “Moskva”da çıxışınızdan nə dərəcədə razısınız?
- Hər şey əladır. Komanda yaxşı oynayır. Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmışıq.
- 2007-ci ildə avrokuboka vəsiqə qazanan komandanız ötən mövsüm uğursuzluğa düçar oldu. Yəqin ki, cari mövsümdə qarşıya bu uğursuzluğu unutdurmaq, yüksək yerləri tutmaq vəzifəsi qoyulub...
- Bəli. Qarşımızda duran vəzifə avrokuboklara düşməkdir.
- Azərbaycan futbolu, milli komandası, çempionatı ilə maraqlanırsınızmı?
- Hərdən izləyirəm. Amma bu il kimin qalibi olduğunu bilmirəm. “Xəzər-Lənkəran” çempion oldu?
- Xeyr, “Bakı” oldu.
- “Xəzər-Lənkəran” da çempion olub...
- Bu, iki il öncə baş verib. Qızıl medalları ötən mövsüm “İnter”, bu dəfə isə “Bakı” qazandı.
- Hə, belə imiş. Deməli, son çempion “Bakı”dır. İmkan daxilində Azərbaycan çempionatını izləməyə çalışıram.
- Yəqin ki, məlumatları internet vasitəsilə oxuyursunuz...
- Həm internet, həm də qəzet vasitəsilə.
- Bəs Azərbaycan televiziyası ilə oyunları, futbol, yaxud başqa verilişləri izləmək imkanı olur?
- Yox, belə imkanım yoxdur.
- Əgər olsaydı?
- Əlbəttə ki, baxardım...
- FİFA-nın Baham adalarında keçirdiyi son konqresində çıxarılan qərardan xəbəriniz varmı?
- Xeyr, hansı qərardan?
- FİFA iki pasport daşıyan və əsas milli komandada oynamamış futbolçuların seçim etmələri üçün tətbiq olunan 21 yaş həddini aradan götürüb. İki ölkənin vətəndaşlığını daşıyanlar bundan sonra istənilən yaşda seçimlərini edə bilərlər. Bunun üçün yeganə şərt odur ki, həmin futbolçu əvvəllər heç bir ölkənin əsas milli komandasında oynamasın. Öncə isə futbolçular 21 yaşadək qəti seçim etməli idilər ki, siz də bunu vaxtilə etmişdiniz...
- Mən bu qərar haqda eşitmişdim, bir şey öyrəndim...
- Bu, o deməkdir ki, Aleksandr Səmədov Azərbaycan milli komandasından təklif alsa, oynamaq imkanı qazanır. Hər halda, nəzərə almaq lazımdır ki, siz Rusiyanın əsas yığmasında çıxış etməmisiniz...
- Başa düşürsünüz, bu, mənim üçün həqiqətən də çətindir. Artıq bu haqda çox deyilib. Düzü, bu suala cavab verə bilmərəm. Sadəcə, bütün fikirlərim klubla bağlıdır. Rusiyada oynayıram və burada çox şey vətəndaşlıqdan asılıdır. Azərbaycan yığmasında çıxış etsəm, mənə necə baxarlar? Bu haqda düşünmürəm. Buna belə cavab verərdim ki, çoxlu maneələr yaranar.
- Ümumiyyətlə, sizdə Azərbaycan pasportu varmı?
- Yoxdur. Rusiya vətəndaşıyam və bu ölkənin pasportunu daşıyıram.
- Xatırlayırsınızsa, altı il öncə avqustda Bakıya milli komandamızın düşərgəsinə gəlmişdiniz. “Şəfa” stadionunda keçirilən ikitərəfli oyunda iştirak etdiniz...
- Hə, yaxşı yadımdadır.
- Həmin vaxt sizə Azərbaycan pasportu düzəltmək, vətəndaşlıq daşımaq təklifi edilmişdi?
- Bəli. Amma alınmadı. O vaxt anlaşma baş tutmadı.
- Atanız azərbaycanlı olduğu halda, Rusiya yığmasını seçməyiniz, milli komandamızda oynamaq istəməməyiniz birmənalı qarşılanmadı, çoxlu söz-söhbətə səbəb oldu. Bildiyimizə görə atanız Gəncədəndir...
- Atamın adı Sergeydir, əslən Kirovabaddandır.
- Bu şəhər SSRİ dövründə Kirovabad adlanırdı, sonradan Gəncə adını daşıdı. Bəs həmin vaxt nə baş verdi? Azərbaycan yığmasında niyə oynamaq istəmədiniz?
- Yox. Mənim Azərbaycan yığmasında oynamağımı istəyirdilər. Ancaq elə vəziyyət yarandı ki... İndi bunu izah etmək uzun çəkər. Nəsə, alınmadı da...
- Siz Azərbaycan yığmasında oynamağa hazır idiniz? Yoxsa Rusiyada doğulub boya-başa çatdığınızdan bu ölkənin milli komandası sizi daha çox özünə cəlb edir?
- Başa düşürsünüz, mən Rusiyada anadan olmuşam. Bu ölkənin gənclər yığmasında çıxış etmişəm, bir seçmə mərhələdə oynamışam. İndi durub oynamaq “istəyirəm-istəmirəm” deməklə, heç kimin xətrinə dəymək, incitmək istəmirəm. Hazırda “Moskva”da çıxış edirəm və hələlik hər şey yaxşı gedir. Məni hər şey qane edir. Yenə də deyirəm, bütün fikirlərim klubla bağlıdır. “Moskva”nın qarşısında yüksək vəzifələr, avrokuboklara düşmək qoyulub. İndiki klubumla çox şeyə nail olmaq istəyirəm.
- Ancaq nəzərə almaq lazımdır ki, hər bir futbolçu klub karyerası ilə yanaşı, yığmanı da düşünür. Siz o vaxt Rusiyanı seçəndə, əsas yığmaya da cəlb olunacağınıza ümid edirdiniz. Ancaq holland baş məşqçi Qus Hiddink sizə dəvət göndərmədi. Azərbaycanı yox, Rusiyanı seçdiyiniz üçün indi peşman deyilsiniz ki?
- Yox. Prinsipcə, yaxşı oynayan futbolçu yığmaya da çağırılar. Hər şey normal getsə, sabit, yaxşı oynasan, milli komandadan dəvət mütləq gələcək.
- Özünüzü rusiyalı, yoxsa azərbaycanlı sayırsınız?
- Təbii ki, atam Azərbaycandandır. Azərbaycan köklərimə malik olduğumu danmıram. Sadəcə, siz rusiyalı, yoxsa azərbaycanlı olduğuma konkret cavab istəyirsiniz. Yox, bu, olmayacaq, heç vaxt buna cavab verməyəcəyəm. Başa düşürsünüz, mən Rusiyada anadan olmuşam, atam isə azərbaycanlıdır. Ancaq deyim ki, məni azərbaycanlı adlandırmayın, mən rusam – belə söyləyə bilmərəm. Məni başa düşün...
- Başa düşürük və hər hansı problemin yaranmasını istəmirik. Sadəcə, reallıq belədir ki, ölkədən kənarda çıxış edən azərbaycanlı futbolçu çox azdır. Təbii ki, bu zaman Rusiyada çıxış edən soydaşımız Aleksandr Səmədov yada düşür. Bu səbəbdən də sizdən milli komandaya kömək istəyirlər...
- Hər şeyi çox gözəl başa düşürəm. Ancaq məni da başa düşün... Burda anadan olmuşam, Moskva “Spartak”ının yetirməsiyəm, ömrüm boyu Rusiyada oynamışam. 21 yaşlılardan ibarət yığmaya cəlb olunmuşam, bu komandanın əsas futbolçularından biri olmuşam. Hər şey yaxşı idi və prinsipcə, əsas yığmaya düşəcəyimə zəmin vardı. Yenə də deyirəm ki, bəli, məndə nəsə alınmadı. Hər şeyin yaxşı olacağına, Rusiya milli komandasına cəlb olunacağıma inanıram. Başa düşürəm ki, Azərbaycanda milli komandaya gəlmədiyimə görə kimsə məndən inciyir. Kimsə də yığmaya gəlməyimi istəyir. Ancaq hələ ki alınmır. Çətin bir vəziyyət yaranıb. Birincisi, vətəndaşlıqla bağlı çoxlu problem yaranır. Başa düşürsünüz, mən Rusiya vətəndaşlığını itirə bilərəm. Legionerlərlə bağlı məsələ ciddi qaldırılıb. Çoxlu məqamlar var.
- Atanız bu məsələdə sizə nə məsləhət verir?
- O mənimlə həmrəydir və məni hər şeydə tam dəstəkləyir.
- Moskvada “Lujniki” stadionunda keçirilən Rusiya – Azərbaycan oyunu sizdə hansı təəssürat oyatdı?
- Əlbəttə ki, həmin rəsmi görüşü izlədim və bu, mənə xoş oldu. Aydın məsələdir ki, Rusiya yığması favorit idi. Ancaq xoş təəssürat oyadan odur ki, Azərbaycan milli komandası hansısa anlarda Rusiya ilə bərabər oynadı. Azərbaycanın 2-3 dəfə heç də pis olmayan imkanı da oldu, qapı dirəyinə tuş gələn zərbə yadımda qalıb. Azərbaycan milli komandasının qapıçısının səhvi ilk qola gətirib çıxardı.
- Bu oyundan sonra Rusiyada Azərbaycan milli komandası, ümumiyyətlə, futbolumuz haqda hansı fikirdədirlər?
- Hamı bilir ki, Azərbaycanda futbol yüksəlişdədir. Düzdür, lap yüksək deyil, hər halda, klub futbolunda yaxşı maliyyə imkanları yaranıb. Əcnəbilər cəlb olunur. Azərbaycan futbolunun yüksəlişdə olması heç kimə sirr deyil.
- Rusiyanın 21 yaşlılardan ibarət yığmasında, “Spartak” və “Lokomotiv”də çiyin-çiyinə oynadığın futbolçulardan əksəriyyəti indi milli komandada çıxış edir, siz isə kənarda qalmısınız...
- Bu, taleyin işdir.
- Nə vaxtsa Azərbaycan klublarından təkliflər almısınız?
- Yox, heç vaxt belə şey olmayıb.
- Əslən azərbaycanlı olmağınız Rusiyada sizə problem yaratmır ki?
- Bu baxımdan qətiyyən problem yoxdur. Rusiyada yeni mövsümdən postsovet məkanından olanların hamısı legioner sayılacaq.
- Ancaq siz Rusiyada anadan olmusunuz, bu ölkənin vətəndaşısınız...
- Digər yığmada çıxış etsəm, bu zaman legioner sayılacağam.
- Gələcəkdə Rusiyadan kənarda, xarici klublarda oynamaq variantlarınız varmı?
- Bəli, var.
- Bunu reallaşdırmaq haqda düşünürsünüz?
- Əlbəttə düşünürəm.
- Bu, konkret hansı ölkənin klubdur?
- Bununla bağlı ad açıqlamaq istəmirəm. Sadəcə, konkret məqsəd, vəzifə var.

0
0