Türkiyə Fransa sindromunu qıra bilmədi
06.06.2009 - 10:22
Türkiyə Fransa sindromunu qıra bilmədi
Türkiyə milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ötən il keçirilən Avropa çempionatının bürünc mükafatçısı Fransada meydan sahibləri ilə qarşılaşıb.

Bundan üç gün əvvəl Azərbaycanı məğlub edən türkiyəlilər daha güclü rəqiblə bacarmayıb və meydan sahibləri minimal hesabla qalib gəlib. Fransa yığmasına qələbə qazandıran qolu Kərim Benzema vurub ki, onun 39-cu dəqiqədə fərqlənməsi Türkiyə - Azərbaycan matçını xatırladıb. Qarşılaşmanın ortalarında, yəni 51-ci dəqiqədə penalti “qazanmaqla” komandamızı Rəşad Sadıqov azlıqda qoymuşdusa, Türkiyə yığmasında eyni “qəhrəmanlığın” müəllifi İbrahim Üzülməz olub.

38-ci dəqiqədə penaltiyə səbəb olan futbolçusunu itirən qonaqlar məğlubiyyətdən qaça bilməyib. Kayseridə keçirilən yığmamızın oyunundan fərqli, Lionda penalti zərbəsini yerinə yetirən futbolçu rəqib qapıçını “bağışlamayıb”. Azərbaycan yığması ilə oyunda Semih Şəntürk 11 metrlik zərbəni başa vermişdisə, Benzema səviyyəsini nümayiş etdirib.

Bununla, Türkiyə tarixi boyu uduzduğu Fransa ilə dördüncü matçdan da məğlub ayrılıb. Belə ki, fransalılar 1996 və 2000-ci illərdə keçirilən yoxlama oyunlarında türkiyəliləri 4:0, 6 il əvvəl isə Konfederasiyalar Kubokunda 3:2 hesabı ilə məğlub edib.
0