İspaniyadan yığmamıza futbol dərsi
09.06.2009 - 21:53
İspaniyadan yığmamıza futbol dərsi
Bu gün futbol üzrə Azərbaycan milli komandası tarixinin
ən yaddaqalan oyunlarından birinə çıxır. Berti Foqtsun
yetirmələri beynəlxalq yoldaşlıq görüşü çərçivəsində 2008-ci
ildə Avropa çempionu titulunu qazanmış İspaniya yığmasını sınağa
çəkir.

Apasport.az saytı Tofiq Bəhramov adına Respublika stadionunda
təşkil olunan bu qarşılaşmadan onlayn reportaj verəcək. Matçın onlayn reportajı, görüşün ən maraqlı məqamları, oyunsonrası baş məşqçilərin mətbuat konfransında səsləndirəcəkləri fikirlərlə saytımız vasitəsilə tanış ola bilərsiniz.


AZƏRBAYCAN - İSPANİYA - 0:6
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: İqor İşenko (Ukrayna)
QOLLAR: Vilya, 35; 40; 44; Riera, 68; Guiza, 72; Torres, 87


AZƏRBAYCAN: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3.Saşa Yunusoğlu, 4. Mahir Şükürov, 9. Samir Abbasov, 10. Branimir Subaşiç, 14. Rəşad Sadıqov (k), 15. Cavid Hüseynov, 16. Cəmşid Məhərrəmov, 19. Daniel Axtyamov, 22. Zeynal Zeynalov

Ehtiyat oyunçular: 12. Səlahət Ağayev, 23. Rauf Mehdiyev, 6. Elmar Baxşıyev, 8. Aleksandr Çertoqanov, 11. Leandro Qomeş, 13. Ernani Pereyra, 17. Fabio Luis Ramim, 18. Vüqar Nadirov, 20. Vladimir Levin, 25. Tural Cəlilov

Baş məşqçi: Berti Foqts

İSPANİYA: 1. İker Kasilyas (k), 2. Raul Albiol, 4. Karlos Marçeano, 7. David Vilya, 9. Fernando Torres, 10. Çesk Fabreqas, 11. Joan Kapdevilya, 14. Xabi Alonso, 18. Albert Riera, 19. Alvaro Arbeloa, 20. Santyaqo Kazorla
Ehtiyat oyunçular: 23. Xose Reyna, 3.Piove Cerard, 5. Karlos Puyol, 8. Havi Ernandes, 6. Pablo Ernandes, 12. Serjio Buskets, 13. Dieqo Lopez

Baş məşqçi: Visente Del Boske

Komandalar oyunqabağı son məşqlərini başa vuraraq paltardəyişmə otağına yollandılar. Orkestr da artıq meydandır.
Artıq milli komandamızın üzvləri də meydana çıxıblar.
İspanlar artıq meydandadır. Avropa çempionları oyunqabağı son məşlərini keçirlər.
Milli komandamız meydana ağ geyimdə çıxıb.
Orkestr əvvəlcə qonaq komandanın, ardınca Azərbaycanın dövlət himnini səsləndirir.
Hər iki komanda birgə şəkil çəkdirir.
Oyuna Azərbaycan yığması başlayır.
13.Gözlənildiyi kimi,ispanlar daha fəaldır və oyun rəqibin aşkar üstünlüyü ilə keçir. İki epizodda Avropa çepionları hesabı açmağa yaxın olublar.
17. Yığmamızın heyətində Axtyamovun zərbəsini Kasilyas çətinliklə dəf edir.
20. İspanların hücumları hələlik fayda vermir.
29. Milli komandamız hesabı aça bilərdi. Amma Yunisoğlu topu qapıya göndərə bilmir.
35. QOL. David Vilya gözəl hücumla hesabı açır.
40. Vilya hesabı artırır. Onun gözəl zərbəsi qarşısında Vəliyev aciz qalır -
2:0.
44. Qapımıza penalti zərbəsi təyin edilir. Vilya het-trikini rəsmiləşdirir - 0:3

Birinci hissə başa çatır.

Qeyd edək ki, Foqts milli komandamıza başçılıq etdiyi vaxtdan böyük hesabla uduzmamışıq. Artıq ilk yarıdan sonra Foqtsun seriyası qırılıb.

İkinci hissə başladı.
Subaşiçi Vüqar Nadirov əvəzləyir. Del Boske Vilyanı başqa futbolçu ilə əvəz edib.
55. Milli komandamız ara-sıra hücumlara atılsa da, qol vəziyyəti yarada bilmir.
56. Riera uzaqdan qapıya zərbə endirir, amma dəqiq olmur.
59. Nadirov sol cinahdan qapıya qeyr-dəqiq zərbə endirir.
65. İspanlar cərimə meydançası qarşısında Axtyamovu yıxsalar da, hakim qayda pozuntusunu qeydə almır.
68. Riera hesabı biabırçı həddə çatdırır - 0:4
72. Milli komandamız heç cür özünə gələ bilmir.Əvəzində ispanlar əsl səviyyəsini ortaya qoyurlar. Bu dəfə ikinci hissədə meydana çıxan Guiza fərqlənir - 0:5.
86. Yığmamızın daha bir hücumu heç bir nəticə vermir.
87. Bu da növbəti qol. Torres komandasının altıncı qolunu vurur.

Oyun başa çatır. Avropa çempionları Bakıdan 6:0 hesablı qələbə qazanmaqla, komandamıza əsl futbol dərsi keçdilər.
0