Milli komandamız İngiltərəyə getdi
06.06.2009 - 11:09
Milli komandamız İngiltərəyə getdi
Azərbaycan milli komandası İngiltərəyə gedib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 8-də London yaxınlığındakı Milton Keynes şəhərində yerləşən “MK Dons” stadionunda İngiltərənin 21 yaşlılardan ibarət yığması ilə yoldaşlıq oyunu keçirəcək gənclər millimiz bu gün Böyük Britaniyaya yola düşüb. Almaniyalı baş məşqçi Bernard Lippertin komandası qarşılaşmaya İstanbuldan yollanıb. Bu matç Bakı vaxtı ilə başlayacaq.

Qeyd edək ki, U-21 iyunun 3-də İstanbulda türkiyəli həmyaşıdları yoldaşlıq oyunu keçirərək 0:2 hesabı ilə məğlub olmuşdu. Komandamız İngiltərə ilə oyuna da Türkiyədə hazırlaşırdı.
0