İspaniya milli komandamızla oyuna 14 futbolçu ilə başladı
06.06.2009 - 12:21
İspaniya milli komandamızla oyuna 14 futbolçu ilə başladı
İyunun 9-da Azərbaycanla yoldaşlıq oyunu keçirəcək İspaniya yığması Madrid şəhərinin yaxınlığındakı Roxasda hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Avropa çempionlarının baş məşqçisi Visente del Boskenin yetirmələri toplanışın ilk günü tam tərkində məşq keçə bilməyib. Hətta o iki komandaya – ağlara və yaşıllara bölünüb məşq edəndə 14 oyunçudan yararlanıb.

Belə ki, zədəli İnyesta heyətdən çıxarıldıqdan sonra onu əvəz edəcək oyunçunun kimliyi aydınlaşmamış, bərpa prosesi keçən Pike və Serxio Ramos isə trenajor zalında fiziki hazırlıqla məşğul idi. Arbeloa isə sənədlərini qaydasına salmaqla məşğul olduğundan düşərgəni müvəqqəti tərk edib. Yerdə qalan 19 oyunçudan da ikisi – Puyol və Silva fərdi məşqlə kifayətlənib. Qapıçıların üçünün də ayrılıqda çalışdıqlarından del Boske 14 nəfərlə qalıb.

Qeyd edək ki, CAR-da keçiriləcək Konfederasiyalar Kubokuna hazırlaşan İspaniya yığması turnirə Bakıdan yığmamızla oynadıqdan sonra yollanacaq.
0